Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin V turunun görüşləri oynanılacaq

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin V turunun görüşləri oynanılacaq

Noyabrın 25-də futbol üzrə UEFA Konfrans Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 8 qrupda oynanılacaq 16 qarşılaşmadan sonra səkkizdəbir finalın bütün iştirakçıları müəyyənləşə bilər.

Azərbaycan təmsilçisi “Qarabağ”ın yer aldığı H qrupunda da pley-off mərhələsinin bütün iştirakçıları məlum ola bilər. Bakıda Kiprin “Omoniya” klubunu sınağa çəkəcək Ağdam təmsilçisi qalib gələcəyi halda səkkizdəbir finala vəsiqəni təmin edə bilər. Bunun üçün İsveçrənin “Bazel” komandası Qazaxıstanda “Kayrat” ilə oyunda xal itirməlidir. Əks halda birinci yerin sahibinin müəyyənləşməsi sonuncu tura qalacaq.

C qrupunun lideri, cari mövsümdə baxımlı futbolu ilə diqqət çəkən Norveçin “Budyo Qlimt” komandası Bolqarıstanın “MOİK-Sofiya” klubunu qəbul edəcək. Meydan sahibləri qələbə qazanacaqları halda ilk iki pillədən birini təmin edəcəklər. Qrupun digər oyununda “Roma” İtaliyada Ukraynanın “Zarya Luqansk” kollektivini sınağa çəkəcək. “Canavarlar”ın mümkün xal itkisi və “Budyo Qlimt”in qalibiyyəti ikinciləri səkkizdəbir finala çıxaracaq.

Günün bütün görüşləri aşağıdakılardır:

A qrupu

HİK (Finlandiya) – “Alaşkert” (Ermənistan);

“Makkabi Tel-Əviv” (İsrail) - LASK (Avstriya).

Qrupdakı vəziyyət: “Makkabi Tel-Əviv” - 10, LASK - 10, HİK - 3, “Alaşkert” - 0.

B qrupu

“Flora” (Estoniya) – “Partizan” (Serbiya);

“Anortosis” (Kipr) – “Gent” (Belçika).

Qrupdakı vəziyyət: “Gent” - 10, “Partizan” - 7, “Flora” - 2, “Anortosis” - 2.

C qrupu

“Roma” (İtaliya) – “Zarya Luqansk” (Ukrayna);

“Budyo Qlimt” (Norveç) – “MOİK-Sofiya” (Bolqarıstan).

Qrupdakı vəziyyət: “Budyo Qlimt” - 8, “Roma” - 7, “Zarya Luqansk” - 6, “MOİK-Sofiya” - 1.

D qrupu

“Randers” (Danimarka) – “ÇFR Kluj” (Rumıniya);

“Yablonets” (Çexiya) – “AZ Alkmar” (Niderland).

Qrupdakı vəziyyət: “AZ Alkmar” - 10, “Yablonets” - 5, “Randers” - 4, “ÇFR Kluj” - 1.

E qrupu

“Slaviya Praqa” (Çexiya) – “Feyenoord” (Niderland);

“Makkabi Hayfa” (İsrail) – “Union Berlin” (Almaniya).

Qrupdakı vəziyyət: “Feyenoord” - 10, “Slaviya Praqa” - 6, “Makkabi Hayfa” - 4, “Union Berlin” - 3.

F qrupu

“Linkoln” (Cəbəllütariq) – “Kopenhagen” (Danimarka);

“Slovan” (Bratislava, Slovakiya) - PAOK (Yunanıstan).

Qrupdakı vəziyyət: “Kopenhagen” - 9, “Slovan” - 7, PAOK - 7, “Linkoln” - 0.

G qrupu

“Mura” (Sloveniya) – “Tottenhem” (İngiltərə);

“Renn” (Fransa) – “Vitess” (Niderland).

Qrupdakı vəziyyət: “Renn” - 10, “Tottenhem” - 7, “Vitess” - 6, “Mura” - 0.

H qrupu

“Kayrat” (Qazaxıstan) – “Bazel” (İsveçrə);

“Qarabağ” (Azərbaycan) – “Omoniya” (Kipr).

Qrupdakı vəziyyət: “Qarabağ” - 10, “Bazel” - 8, “Omoniya” - 2, “Kayrat” - 1.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM