PSJ klubu Zinəddin Zidanla danışıqlara başlayıb

PSJ klubu Zinəddin Zidanla danışıqlara başlayıb

Fransa PSJ-si İspaniyanın "Real Madrid" komandasının sabiq baş məşqçisi Zinəddin Zidanla danışıqlara başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi "Le Parisien"ə istinadən xəbər verir ki, klub rəhbərliyi 49 yaşlı mütəxəssislə onun gələn ilin iyununda Paris təmsilçisinin sükanı arxasına mümkün təyinatını müzakirə edib.

Fransalı veteran futbolçunun qarşı tərəfə hansı cavabı verdiyi bəlli deyil.

Daha əvvəl ona İngiltərənin "Mançester Yunayted" klubunun təklif göndərdiyi, lakin mütəxəssisin bunu qəbul etmədiyi bildirilib.

Qeyd edək ki, 2016 - 2018 və 2019 - 2021-ci illərdə "kral klubu"na rəhbərlik etmiş Zinəddin Zidan hazırda işsizdir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM