Avropa Liqası: "Qalatasaray" növbəti mərhələyə yüksəlib

Avropa Liqası: "Qalatasaray" növbəti mərhələyə yüksəlib

UEFA Avropa Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə təmsilçilərindən "Qalatasaray" Fransa "Marsel"ini qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 4:2.

Hesabı 12-ci dəqiqədə "sarı-qırmızılar"ın rumıniyalı legioneri Aleksandru Çikıldeu açıb. 30-cu dəqiqədə Due Çaleta-Tsar topu öz qapısına vurub. 64-cü dəqiqədə Sofyan Fequli fərqi 3 topa çatdırıb. 

68-ci dəqiqədə "Marsel" penalti vurmaq hüququ qazanıb. Arkadiuş Milikin 11 metrlik cərimə zərbəsini qapıçı Fernando Muslera qaytarsa da, polşalı hücumçu təkrar zərbə ilə fərqi azaldıb. Lakin 83-cü dəqiqədə Rayan Babel "Qalatasaray"ın aktivinə 4-cü qolu yazdırıb. Oyunda son nöqtəni isə 85-ci dəqiqədə Milik qoyub. 

E qrupunun digər matçında İtaliya "Latsio"su Rusiyada "Lokomotiv"i darmadağın edib - 3:0. Bununla da İstanbul və Roma təmsilçiləri qrupda ilk 2 yeri təmin edərək, növbəti mərhələyə yüksəlib.  

Eyni zamanda Almaniyanın "Bayer" və İspaniyanın "Betis" klubu da yenicə başa çatan oyunların yekununda Avropa Liqasında mərhələ adlayıb.

25 noyabr

Avropa Liqası, V tur

E qrupu

21:45. "Lokomotiv" (Moskva, Rusiya) - "Latsio" (İtaliya) - 0:3

21:45. "Qalatasaray" (Türkiyə) - "Marsel" (Fransa) - 4:2

Xal durumu: "Qalatasaray" - 11, "Latsio" - 8, "Marsel" - 4, "Lokomotiv" - 2.

F qrupu

21:45. "Srvena Zvezda" (Belqrad, Serbiya) - "Lüdoqorets" (Razqrad, Bolqarıstan) - 1:0

21:45. "Midtüllan" (Danimarka) - "Braqa" (Portuqaliya) - 3:2

Xal durumu: "Srvena Zvezda" - 10, "Braqa" - 9, "Midtüllan" - 8, "Lüdoqorets" - 1.

G qrupu

21:45. "Betis" (İspaniya) - "Ferentsvaroş" (Macarıstan) - 2:0

21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Seltik" (Şotlandiya) - 3:2

Xal durumu: "Bayer" - 13, "Betis" - 10, "Seltik" - 6, "Ferentsvaroş" - 0

H qrupu

21:45. "Rapid" (Vyana, Avstriya - "Vest Hem" (İngiltərə) - 0:2

21:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Genk" (Belçika) - 1:1

Xal durumu: "Vest Hem" - 13, "Dinamo" - 7, "Genk" - 5, "Rapid" - 3.

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM