"Neftçi" - "Kişvarda" matçında qalib müəyyənləşməyib

"Neftçi" - "Kişvarda" matçında qalib müəyyənləşməyib

Antalyada təlim-məşq toplanışında olan "Neftçi" komandası ilk yoxlama oyununu keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı təmsilçisinin rəqibi Macarıstanın "Kişvarda" klubu olub.

Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Matçda "Neftçi"nin heyətində 42-ci dəqiqədə Emin Mahmudov, 71-ci dəqiqədə isə Ramin Nəsirli fərqləniblər.

Qeyd edək ki, "Neftçi" növbəti görüşünü yanvarın 19-da Polşanın “Visla” (Plotsk) komandasına qarşı keçirəcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM