“Pekin-2022” Qış Olimpiya Oyunlarının “Olimpiya kəndi” istifadəyə verilib - FOTOLAR

“Pekin-2022” Qış Olimpiya Oyunlarının “Olimpiya kəndi” istifadəyə verilib<font color=red> - FOTOLAR</font> “Pekin-2022” Qış Olimpiya Oyunlarının “Olimpiya kəndi” istifadəyə verilib<font color=red> - FOTOLAR</font>

“Pekin-2022” Qış Olimpiya Oyunlarının başlamasına səkkiz gün qalmış “Olimpiya kəndi” rəsmi olaraq istifadəyə verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qış Olimpiya Oyunları üçün üç fərqli məkanda yaradılmış “Olimpiya kəndi”nin ilk sakinləri 20 ölkənin nümayəndə heyətlərinin ümumilikdə 360 üzvü olub.

Qış Olimpiadası üçün üç fərqli “Olimpiya kəndi” fəaliyyət göstərir. Bunların biri açılış və bağlanış mərasimlərinin keçiriləcəyi “Quş yuvası” stadionunun yerləşdiyi Olimpiya parkında, digəri Pekinin kənarındakı Yançin rayonunda, sonuncusu isə açıq məkan yarışlarının təşkil olunacağı Canciakou şəhərindədir.

“Olimpiya kənd” idmançıların və heyət üzvlərinin yaşaması, qidalanması, istirahəti üçün nəzərdə tutulub. Bundan başqa, “Olimpiya kəndi”ndə müxtəlif məhsullar satan dükanlar, sərgi salonları, tibb ocaqları, poçt şöbələri fəaliyyət göstərir. Əcnəbilər “Olimpiya kəndi”ndəki xüsusi sərgi salonlarında Çin mədəniyyəti ilə yaxından tanış ola biləcəklər.

Qeyd edək ki, fevralın 4-dən 20-dək keçiriləcək Qış Olimpiya Oyunlarında 90 ölkədən təxminən 3 min idmançı iştirak edəcək. Bəzi ölkələr Qış Olimpiya Oyunlarına ilk dəfə qatılacaq. Azərbaycanı Olimpiadada fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər.

“Pekin-2022” medal dəstlərinin sayına görə ən böyük Qış Olimpiya Oyunları olacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər