Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası fəaliyyətini genişləndirir - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası fəaliyyətini genişləndirir<font color=red> - FOTOLAR</font> Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası fəaliyyətini genişləndirir<font color=red> - FOTOLAR</font> Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası fəaliyyətini genişləndirir<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasında 2021-ci ilin yekunları və 2022-ci ildə görüləcək işlər müzakirə olunub.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, federasiyanın sədri Elbrus İsayev ölkəmizdə idmanın digər növləri ilə yanaşı, basketbolun inkişafına da xüsusi önəm verildiyini vurğulayıb. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətini qeyd edən Elbrus İsayev federasiyanın ötən il ərzində gördüyü işlər haqqında məlumat verərək bildirib ki, ötən il aprelin 27-də açıq havada universitet tələbələrinin “XV Universiadası”nın proqramına daxil olan basketbol yarışları keçirilib. Yarışlarda 33-ü əcnəbi olmaqla, 110 tələbə iştirak edib. Naxçıvan şəhərində fəaliyyət göstərən 11 tam orta məktəbin komandaları arasında 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin 9-11-ci sinif şagirdlərindən ibarət oğlan komandaları arasında Naxçıvan şəhər birinciliyi keçirilib.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə birlikdə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin, həmçinin ümumtəhsil məktəblərinin oğlan komandaları arasında basketbol üzrə muxtar respublika birincilikləri təşkil olunub. Naxçıvan şəhərini və muxtar respublikanın rayonlarını təmsil edən 8 komandanın iştirak etdiyi yarışlarda 80 idmançı iştirak edib.

Elbrus İsayev qeyd edib ki, basketbol idman növü üzrə məşqlər keçirilməklə bərabər, ötən il aprelin 19-da muxtar respublikada basketbol yarışlarını idarə etmək üçün ictimai hakimlər və məşqçilər hazırlamaq məqsədilə 15 nəfərin iştirakı ilə iki həftəlik seminar təşkil edilib. Respublika dərəcəli hakim Füzuli Salmanovun rəhbərliyi ilə aparılan seminarda hazırlanan hakimlər sonrakı dövrlərdə təşkil olunmuş yarışları idarə ediblər. Müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqini təmin etmək məqsədilə ötən il federasiyanın internet saytının təqdimatı olub. Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində və uşaq idman məktəblərində 42 basketbol klubu fəaliyyət göstərir və bu klublarda 536 şagird bu idman növü ilə məşğul olur. Naxçıvan Dövlət Universitetində isə 47 nəfər olmaqla, 3 basketbol qrupu fəaliyyət göstərir.

Federasiyanın sədri qeyd edib ki, Naxçıvan Dövlət Universitetinin Məşqçilik ixtisasında basketbol seçmə ixtisas fənni kimi tədris olunur. Bu fənnin tədrisinin keyfiyyətini yüksəltmək məqsədi ilə basketbola aid dərs vəsaiti və proqramlar hazırlanıb. Gələcəkdə də Basketbol Federasiyası Gənclər və İdman Nazirliyi ilə birgə işini günün tələbləri səviyyəsində qurmalı, eyni zamanda, komandaların tərkibinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görməli və bu idman növünün kütləvi hal alması üçün bütün zəruri tədbirlər həyata keçirilməlidir.

Elbrus İsayev hakimlik təcrübələrinin artırılması, hakimlərin Azərbaycan Basketbol Federasiyası tərəfindən keçirilən seminar və kurslara göndərilməsi, basketbol üzrə yüksək səviyyəli məşqçilərin muxtar respublikaya dəvət edilməsi, onların yerli məşqçilərlə təlimlər, treninqlər keçirilməsinin təmin olunması, basketbola aid tədris vəsaitlərinin hazırlanmasına diqqətin artırılması ilə bağlı konkret tapşırıqları diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı çıxış edərək qeyd edib ki, müasir dövrdə muxtar respublikada idmanın inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilib, gənclər və idman siyаsəti yeni mərhələyə qədəm qоyub. Vurğulanıb ki, Basketbol Federasiyası öz işini 2021-ci ildə verilmiş tapşırıqlara əsasən qurub. Naxçıvan şəhəri və bölgələrdə federasiyanın bölmə və qrupları fəaliyyət göstərir. Həmin bölmələrdə, ümumilikdə, 12 qrup üzrə 148 yeniyetmə və gənc idmanla məşğul olur.

Ramil Hacı diqqətə çatdırıb ki, nazirliklə federasiyanın birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqlar yerinə yetiriləcək, bu sahənin inkişafı yolunda yeni uğurlar əldə olunacaq.

Tədbirdə muxtar respublika məktəblərinin basketbol üzrə məşqçiləri fəxri fərman və hədiyyə ilə mükafatlandırılıblar.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM