Azərbaycan kikboksinqçiləri V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər

Azərbaycan kikboksinqçiləri V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər

Azərbaycan kikboksinqçiləri Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, kikboksinq millimiz üçün ilin ilk mötəbər turnir sayılan İslamiadada hansı çəki dərəcələri üzrə yarışların keçiriləcəyi müəyyənləşib. Belə ki, idmançılar yarışda kikboksinqin 3 növü - “full kontakt”, “lou kik” və “point faytinq” üzrə mübarizə aparacaqlar. İlk 2 növ üzrə yarışlar rinqdə, “point faytinq” üzrə mübarizə isə tatamidə baş tutacaq.

“Full kontakt” və “lou kik” növlərinin hər biri üzrə kişilərdə 12, qadınlarda 6 çəki dərəcəsi üzrə qarşılaşmalar keçiriləcək.

“Point faytinq” üzrə isə kişilər 9, qadınlar isə 5 çəki dərəcəsi üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları avqustun 9-18-də keçiriləcək. İslamiadada kikboksinq yarışları isə avqustun 15-18-də baş tutacaq. Yarış üçün millimizin heyəti fevralın 22-24-də Bakıda keçiriləcək respublika çempionatından sonra müəyyənləşəcək.

Xəbər lenti
Goranboyda zəlzələ olub

09:59 23.04.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM