satellite   Azerspace-1: 11135 H 30000

“Marsel” – “Qarabağ” matçı həftə ərzində avrokuboklarda ən böyük maraq doğuran qarşılaşmalar arasında yer alıb

“Marsel” – “Qarabağ” matçı həftə ərzində avrokuboklarda ən böyük maraq doğuran qarşılaşmalar arasında yer alıb

Avrokuboklarda pley-off mərhələsinin bu həftə keçiriləcək oyunları arasında ən böyük maraq doğuran 10 qarşılaşma açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Avropa arenasındakı yeganə təmsilçimiz “Qarabağ”ın “Marsel”lə görüşü də həmin siyahıya salınıb.

Çempionlar Liqasının səkkizdəbir, Avropa Liqası və Konfrans Liqasının isə 1/16 final mərhələlərinin ilk matçları çərçivəsində “Marsel” - “Qarabağ” mütləq baxılmalı 9-cu oyun hesab edilib.

Bu iki komandanın durumu da dəyərləndirilib: “Bu oyun Konfrans Liqasının ən parlaq posteri deyil. Ancaq “Marsel”in bu yarışda bütün gücünü ortaya qoyacağını təsəvvür etməmək çətindir. “Velodrom”dakı görüş mütləq izlənilməli, qaçırılmamalıdır. “Marsel” cavab oyunu üçün Azərbaycana yollanacaq. “Qarabağ” ölkə çempionatında liderdir, passivində cəmi bir məğlubiyyət var. Ona görə də çox ciddi qəbul edilməli rəqibdir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM