satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqasının finalı Rusiyadan alınaraq Fransaya verilib

Çempionlar Liqasının finalı Rusiyadan alınaraq Fransaya verilib

UEFA Çempionlar Liqasının finalı Rusiyanın Sankt-Peterburq şəhərindən alınaraq, Fransanın paytaxtı Parisə verilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin "The New York Times" nəşrinə istinadən məlumatına görə, bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib. Səbəb kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi göstərilib.

Oyun mayın 28-də Rusiyanın energetika nəhəngi, UEFA-nın iri sponsoru "Qazprom"un vəsaiti hesabına tikilmiş eyniadlı arenada deyil, "Stad de Frans"da təşkil olunacaq.

Beləliklə, Fransa 2006-cı ildən sonra ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin finalına ev sahibliyi edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM