satellite   Azerspace-1: 11135 H 30000

Avropa Liqası: "Qalatasaray"ın rəqibi müəyyənləşib

Avropa Liqası: "Qalatasaray"ın rəqibi müəyyənləşib

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Türkiyə "Qalatasaray"ının da rəqibi müəyyənləşib.

İstanbul təmsilçisi bu raundda İspaniyanın "Barselona" klubu ilə qarşılaşacaq. "Sarı-qırmızılar" cavab görüşünü evdə keçirəcək.

Avropa Liqası

1/8 final mərhələsi

"Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya)

"Braqa" (Portuqaliya) - "Monako" (Fransa)

"Portu" (Portuqaliya) - "Lion" (Fransa)

"Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)

"Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə)

"Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə)

"Leyptsiq" (Almaniya) - "Spartak" (Moskva, Rusiya)

"Betis" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya)

Qeyd edək ki, ilk matçlar martın 10-da, cavab görüşləri martın 17-də olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM