Beynəlxalq şahmat turnirində azərbaycanlı şahmatçı turnir cədvəlinə liderlik edir - FOTOLAR

Beynəlxalq şahmat turnirində azərbaycanlı şahmatçı turnir cədvəlinə liderlik edir<font color=red> - FOTOLAR</font> Beynəlxalq şahmat turnirində azərbaycanlı şahmatçı turnir cədvəlinə liderlik edir<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Beynəlxalq Şahmat turnirində yeddinci tura yekun vurulub.

214 zəka sahibinin mübarizə apardığı turnir İsveçrə sistemi ilə 9 turdan ibarətdir

Son tura yaxınlaşdıqca final həyəcanı şahmatçıları daha ciddi şəkildə mübarizə aparmağa ruhlandırır. Yeddinci turun nəticələrinə əsasən turnir cədvəlinə liderliyi bütün görüşlərini qələbə ilə başa vuran, aktivinə altı xal toplamağı bacaran azərbaycanlı şahmatçı 2386 reytinq xalına malik beynəlxalq usta İsmayıl Şahəliyev edir. Turun yekun nəticələrinə əsasən turnir cədvəlində ilk onluqda muxtar respublika şahmatçılarından, “Naxçıvan Premium 2022”nin qalibi 2331 reytinq xalına malik olan beynəlxalq usta Pərviz Qasımov da yer alır. Qeyd edək ki, Pərviz Qasımovun aktivində yeddi oyundan beş xal var. Səkkizinci turda isə təmsilçimizin rəqibi iranlı Sina Movaheddir.

Rəmzi Tahirli

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM