Boks üzrə muxtar respublika birinciliyi başa çatıb - FOTOLAR

Boks üzrə muxtar respublika birinciliyi başa çatıb<font color=red> - FOTOLAR</font> Boks üzrə muxtar respublika birinciliyi başa çatıb<font color=red> - FOTOLAR</font> Boks üzrə muxtar respublika birinciliyi başa çatıb<font color=red> - FOTOLAR</font> Boks üzrə muxtar respublika birinciliyi başa çatıb<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə yeniyetmə və gənclər arasında boks üzrə muxtar respublika birinciliyinə yekun vurulub.

3 gün davam edən birinciliyin final mərhələsində, əvvəlcə dövlət himni səsləndirilib. Daha sonra konsert proqramı təqdim edilib.

Konsert proqramının ardınca çempionatın final qarşılaşmalarına start verilib. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, idmançıların hazırlıq səviyyəsini yüksəltmək, perspektivliləri yığma komandaya cəlb etmək və kütləviliyə nail olmaq məqsədilə reallaşan yarışda 17 çəki dərəcəsində 90-a yaxın idmançı qalib olmaq üçün mübarizə aparıb. Olimpiya sistemi üzrə keçirilən çempionatın yekununda “Naxçıvan” komandası yarışı 1-ci sırada tamamlayıb.

Sonda yer tutan və fərqlənən idmançılara Naxçıvan MR Boks Federasiyasının sədri Məhərrəm Talıbov ilə gənclər və idman naziri Ramil Hacı tərəfindən diplom və qiymətli hədiyyələr, qalib komandaya isə kubok təqdim olunub.

                                                           Azər Zeynalov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM