Boccia üzrə muxtar respublika çempionatı olub - FOTOLAR

Boccia üzrə muxtar respublika çempionatı olub<font color=red> - FOTOLAR</font> Boccia üzrə muxtar respublika çempionatı olub<font color=red> - FOTOLAR</font> Boccia üzrə muxtar respublika çempionatı olub<font color=red> - FOTOLAR</font>

Xəbər verdiyimiz kimi ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən silsilə idman tədbirləri keçirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təsdiq edilən tədbirlər planına uyğun olaraq “Heydər Əliyev Kuboku” uğrunda təşkil edilən növbəti turnir boccia üzrə muxtar respublika çempionatı olub.

Turnir Gənclər və İdman Nairliyi və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində reallaşıb. Yarışın açılış mərasimində Naxçıvan MR gənclər və idman naziri Ramil Hacı bildirib ki, muxtar respublikada idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Müasir idman obyektləri, o cümlədən olimpiya idman komplekslərinin, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana olan marağını artırıb, istedadlı idmançıların yetişməsi təmin olunub.

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Nicat Babayev çıxışında vurğulayıb ki, ötən il muxtar respublika paralimpiyaçıları “Boccia” idman növü üzrə beynəlxalq yarışlarda uğurla iştirak edərək, Azərbaycan Çempionatı - “Zəfər Turniri”ndə yüksək nəticələr göstəriblər. Həmçinin Naxçıvan paralimpiyaçısı Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının tərkibində İspaniyanın Sevilya şəhərində keçirilən Avropa Açıq çempionatında iştirak edib ki, bu da muxtar respublikanın paralimpiya tarixində böyük bir uğurdur.

Azərbaycan Boccia İdman Federasiyasının katibi, Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi İlham Məhərrəmov da idmançıları salamlayıb və uğurlar arzu edib.

Sonra tədbirin bədii hissəsi izlənilib. Daha sonra turnirə star verilib. Yarış 18 yaşadək uşaqlar arasında 2 yaş qrupu üzrə keçirilib. 20 idmançının iştirakı ilə keçirilən çempionat xal sistemi üzrə oynanılıb. Müxtəlif yaş kateqoriyaları üzrə qalib gələn paralimpiyaçılar  gənclər və idman naziri Ramil Hacı, Paralimpiya Federasiyasının sədri Nicat Babayev və Azərbaycan Boccia İdman Federasiyasının katibi, Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi İlham Məhərrəmov tərəfindən diplom, medal, kubok və hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin Federasiyanın sədri tərəfindən baş məşqçi İlham Məhərrəmova diplom təqdim edilib.

Əli İbrahimbəyli

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM