Gənclər Babəkin tarixi-mədəni abidələrini ziyarət edib - FOTOLAR

Gənclər Babəkin tarixi-mədəni abidələrini ziyarət edib<font color=red> - FOTOLAR</font> Gənclər Babəkin tarixi-mədəni abidələrini ziyarət edib<font color=red> - FOTOLAR</font> Gənclər Babəkin tarixi-mədəni abidələrini ziyarət edib<font color=red> - FOTOLAR</font>

“Naxçıvanı kəşf et” devizi altında gənclərin muxtar respublikanın turizm məkanlarına ekskursiyası davam edir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti ekskursiyada gənclər Babək rayonunun tarix-mədəniyyət abidələrini ziyarət ediblər.

Ekskursiya çərçivəsində gənclər əvvəlcə Babək Rayon Tarix-Diyarşünaslıq muzeyində olublar. Gənclər 1981-ci ildən fəaliyyət göstərən muzeydə rayonun zəngin mədəniyyətini və müxtəlif dövr tarixini özündə ehtiva edən məişət əşyaları, numizmatika, toxuculuq nümunələrindən ibarət eksponatlarla tanış olublar.

Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Cəlil Məmmədquluzadənin Nehrəm qəsəbəsində yerləşən xatirə muzeyi də gənclərimiz tərəfindən ziyarət olunub. Burada gənclər böyük demokrat ədibin zəngin yaradıcılığı, publisistik fəaliyyəti ilə yaxından tanış olublar. Tanışlıq zamanı yazıçının redaktorluğu ilə fəaliyyətə başlayan və milli mətbuatımızın inkişafının qızıl səhifələrini yazmış “Molla Nəsrəddin” jurnalı barədə də geniş məlumat verilib.

Bu gün gənclərimiz dini dəyərlərə ehtiram ruhunda tərbiyə olunur. Ekskursiya iştirakçılarının Nehrəm qəsəbəsindəki 18-ci əsrə aid imamzadəyə ziyarəti də bu məqsədə xidmət edib. Burada məlumat verilib ki, dini abidədə 7-ci imam Museyi-Kazımın oğlu Seyid Əqilin məzarı yerləşir. Ziyarət zamanı imamzadənin tarixi və dini baxımdan əhəmiyyəti də vurğulanıb, onun bərpasının önəmi diqqətə çatdırılıb.

 

Leyla Cəfərzadə

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM