Şahmatçımız Məhəmməd Muradlı Daşkənddə beynəlxalq turnirdə 6-cı yeri tutub

Şahmatçımız Məhəmməd Muradlı Daşkənddə beynəlxalq turnirdə 6-cı yeri tutub

Daşkənddə şahmat üzrə beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan şahmatçıları da iştirak ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirdə təmsilçilərimizdən ən yaxşı nəticəni Məhəmməd Muradlı göstərib. Belə ki, şahmatçımız 6,5 xalla 6-cı yeri tutub. Komandamızın digər üzvləri Misrətdin İsgəndərov 5,5, Vüqar Əsədli 5, Şahin Vəliyev 4,5, Vüqar Manafov 4 xal toplayıblar. İsveçrə sistemi üzrə keçirilən turnir doqquz turdan ibarət olub.

Yarışda 46 şahmatçı iştirak edib ki, onlardan da 16-sı qrosmeysterdir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM