Bakının “Neftçi” klubu Türkiyədə üç yoxlama oyunu keçirəcək

Bakının “Neftçi” klubu Türkiyədə üç yoxlama oyunu keçirəcək

Bakının “Neftçi” futbol klubu 2022/2023-cü il mövsümünə hazırlığın ikinci mərhələsini Türkiyədə keçirəcək.

NUHÇIXAN İnformasiya Agentliyi klubun rəsmi saytına istinadla xəbər verir ki, taktiki və texniki çalışmalardan ibarət olacaq bu mərhələ iyulun 1-dən 15-dək Bolu bölgəsində təşkil olunacaq.

İyulun 1-də səfərə yollanacaq komanda üzvləri “The Sign Esentepe Hotel & Ski Center” hotelində məskunlaşacaqlar. Bakı təmsilçisi orada 3 yoxlama görüşü keçirməyi planlaşdırır.

Toplanışın fiziki hazırlığa həsr olunan ilk mərhələsinə iyunun 17-də başlayan paytaxt təmsilçisi məşqləri “Türk Hava Yolları Futbol Mərkəzi”ndə davam etdirir.

Qeyd edək ki, “Neftçi” UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-də səfərdə olacaq. “AEK Arena”dakı görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Cavab matçı 1 həftə sonra Bakıda baş tutacaq. “Bakcell Arena”dakı qarşılaşma saat 21:00-da start götürəcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM