satellite   Azerspace-1: 11135 H 30000

İsveç klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib

İsveç klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçin "Hakken" klubu üç futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Naxçıvan televiziyası Höteborq təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Peter Abrahamsson, müdafiəçi Yohan Hammar və yarımmüdafiəçi Samuel Qustafsonun sözləşməsi yenilənib.

Abrahamsson və Qustafsonun müqavilələrinin müddəti 2025-ci, Hammarda isə 2026-cı ildə başa çatacaq.

Qeyd edək ki, “Qarabağ” II turda “Hakken”lə qarşılaşacaq. Azərbaycan çempionu rəqibi ilə oktyabrın 5-də səfərdə qarşılaşacaq.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM