satellite   Azerspace-1: 11135 H 30000

“Real Madrid”in türk futbolçusu yenidən zədələnib

“Real Madrid”in türk futbolçusu yenidən zədələnib

Türkiyə millisinin və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Arda Güler yenidən zədələnib.

Naxçıvan televiziyası klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçiyə sol bud əzələsinin dartılması diaqnozu qoyulub.

İspaniya mətbuatında yer alan xəbərlərə görə, gənc oyunçu ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, ötən mövsümün sonunda “Fənərbağça” klubundan “Real Madrid”ə keçən Arda Güler La Liqa təmsilçisi ilə 6 illik müqavilə imzalayıb. O, daha əvvəl Madrid klubunun ABŞ-dəki təlim-məşq toplanışında zədə alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM