satellite   Azerspace-1: 11135 H 30000

“Neftçi” klubunda yeni təyinat olub

“Neftçi” klubunda yeni təyinat olub

“Neftçi”də daha bir təyinat reallaşıb.

Naxçıvan televiziyası klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar”ın mətbuat katibi müəyyənləşib.

Bu vəzifəyə Emin Əfəndi təyin edilib.

45 yaşlı Emin Əfəndi müxtəlif illərdə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinə təşkilatçılıq edib. O, 2011-ci ildə Azərbaycanda keçirilən boks üzrə dünya çempionatının açılış və bağlanış mərasiminin baş prodüseri olub.

Qeyd edək ki, iki gün əvvəl “Neftçi”nin yeni strukturu təsdiqlənib. Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə iki hissəyə ayrılıb. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM