satellite   Azerspace-1: 11135 H 30000

Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir

Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilir.

ACF-dən Naxçıvan televiziyası-a verilən məlumata görə, Böyük Dəbilqənin başa çatmasından sonra start götürən hazırlıq prosesi sentyabrın 29-dək davam edəcək.

Toplanışda 100-dən çox idmançı iştirak edir. Təlim-məşq toplanışına Azərbaycanın kişilərdən, gənc oğlanlardan və qadınlardan ibarət milli komandalarının üzvləri ilə yanaşı, Braziliya, Danimarka, Polşa, Portuqaliya, Rumıniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Slovakiya, Səudiyyə Ərəbistanı və digər ölkələrin cüdoçuları qatılıblar.

Bu, 4-8 oktyabrda Portuqaliyada gerçəkləşəcək gənclər arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Eyni zamanda təlim-məşq toplanışı böyüklərdən ibarət millinin 3-5 noyabrda Fransada keçiriləcək Avropa çempionatına hazırlıqları üçün mühüm mərhələlərdən biridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM