satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ" İsveç klubu ilə oyun üçün azarkeşlərə müraciət edib

"Qarabağ" İsveç klubu ilə oyun üçün azarkeşlərə müraciət edib

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə "Hakken"lə üz-üzə gələcək "Qarabağ" azarkeşlərə müraciət edib.

Naxçıvan televiziyası klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, komandanı tribunadan dəstəkləmək istəyən fanatlar biletləri oyun günü yerli vaxtla saat 19:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi "Ullevi" stadionunda 8-ci qapının qarşısından ala bilərlər.

Tərəfdarlardan şəxsiyyət vəsifəqəsini təsdiq edən sənədi özləri ilə götürməsi tələb olunub. Biletlərin qiyməti 22 avrodur.

Qeyd edək ki, oktyabrın 5-də oynanılacaq "Hakken" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM