satellite   Azerspace-1: 11135 H 30000

İspaniya La Liqası: “Atletiko Madrid” çətin qələbə qazanaraq liderlərə yaxınlaşıb

İspaniya La Liqası: “Atletiko Madrid” çətin qələbə qazanaraq liderlərə yaxınlaşıb

Oktyabrın 1-də futbol üzrə İspaniya La Liqasında 8-ci turun növbəti oyunları keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, günün maraqlı oyunlarından biri Madriddə keçirilib. “Atletiko Madrid” öz meydanında “Kadiz”i qəbul edib. Bu görüşdə madridlilər çətin qələbə qazanıblar. Belə ki, hesabda 0:2 hesabı ilə geri düşən Simeonenin yetirmələri oyunda dönüş yarada biliblər. Qonaqların heyətində 12-ci dəqiqədə Lukas Pires, 27-ci dəqiqədə isə Marti fərqləniblər. Meydan sahiblərinin qollarına isə 32-ci və 66-cı dəqiqələrdə Korrea, 46-cı dəqiqədə isə Molina imza atıblar.

Beləliklə, xallarının sayını 16-ya çatdıran “Atletiko Madrid” turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. Onun ehtiyatda bir oyunu var.

Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Betis” – “Valensiya” – 3:0

“Almeriya” – “Qranada” – 3:3

“Alaves” – “Osasuna” – 0:2.

Qeyd edək ki, turnir cədvəlinə 21 xalla “Real Madrid” başçılıq edir. Ondan 1 xal az toplayan “Barselona” ikincidir. Üçüncü pillədə qərarlaşan "Jirona”nın aktivində isə 19 xal var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM