satellite   Azerspace-1: 11135 H 30000

İngiltərə millisinin müdafiəçisi iki ay yaşıl meydanlardan kənarda qalacaq

İngiltərə millisinin müdafiəçisi iki ay yaşıl meydanlardan kənarda qalacaq

İngiltərə millisinin və "Çelsi" klubunun futbolçusu Ben Çiluell uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Naxçıvan televiziyası "Daily Express"ə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi Liqa Kubokunda "Brayton"a 1:0 hesabı ilə qalib gəldikləri matçda bud nahiyəsindən zədə alıb.

İngiltərəli oyunçu iki aydan sonra sıraya dönə biləcək.

Qeyd edək ki, Ben Çiluell cari mövsüm bütün turnirlərdə 7 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM