satellite   Azerspace-1: 11135 H 30000

Frenk Lempard Şotlandiya klubunun baş məşqçisi təyin oluna bilər

Frenk Lempard Şotlandiya klubunun baş məşqçisi təyin oluna bilər

Frenk Lempard Şotlandiyanın “Reyncers” klubunun baş məşqçisi təyin oluna bilər.

Naxçıvan televiziyası “Telegraph” nəşrinə istinadən xəbər verir ki, Qlazqo təmsilçisi 45 yaşlı mütəxəssislə danışıq aparmağa hazırlaşır.

“Reyncers” ölkə çempionatının VII turunda “Aberdin”ə məğlubiyyətin (1:3) ardından oktyabrın ilk günündə baş məşqçisi Maykl Bili istefaya göndərib. Bu posta ilk namizəd məhz Lempard göstərilir.

AZ (Niderland) klubunun çalışdırıcısı Paskal Yansen, Fransa təmsilçisi “Monako”nun sabiq baş məşqçisi Filip Klemen və Yaponiyanın “Yokohama Marinos” klubunun "sükanı arxasında" olan Kevin Muskat alternativlərdir.

Qeyd edək ki, Frenk Lempard son olaraq bu ilin aprel-iyun aylarında İngiltərə təmsilçisi “Çelsi”yə rəhbərlik edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM