satellite   Azerspace-1: 11135 H 30000

“Hekken” – “Qarabağ” oyununun hakimi Azərbaycan çempionunu favorit hesab edir

“Hekken” – “Qarabağ” oyununun hakimi Azərbaycan çempionunu favorit hesab edir

“Avropa Liqasında baş hakim kimi debüt edəcəyim “Qarabağ”-“Hekken” oyununda maraqlı mübarizə gözləyirəm”.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində İsveçdə “Hekken”lə keçirəcəyi oyunun avstriyalı baş hakimi Sebastian Qishamer ölkəsinin mətbuatına açıqlamasında deyib.

35 yaşlı FIFA referisi bildirib ki, ilk turda Almaniyada “Bayer” klubuna 1:5 hesabı ilə uduzan Höteborq təmsilçisinin sabahkı qarşılaşmada qələbə qazanmaqdan başqa yolu yoxdur: “Amma mən "Qarabağ"ı favorit hesab edirəm. Şübhəsiz ki, bu oyunu uzun müddət xatırlayacağam".

Qeyd edək ki, “Ullevi” stadionunda keçiriləcək “Hekken” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM