satellite   Azerspace-1: 11135 H 30000

Avropa Liqası: “Qarabağ” bu gün İsveç klubu ilə qarşılaşacaq

Avropa Liqası: “Qarabağ” bu gün İsveç klubu ilə qarşılaşacaq

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ikinci oyununu keçirəcək.

Naxçıvan televiziyası xəbər verir ki, Ağdam təmsilçisi İsveçdə “Hekken” klubunun qonağı olacaq. “Ullevi” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

“Köhlən atlar”ın heyətində müdafiəçilər – Bəhlul Mustafazadə ilə Marko Veşoviç zədə səbəbindən meydana çıxa bilməyəcəklər.

 

Avropa Liqası

Qrup mərhələsi, II tur

5 oktyabr

23:00. “Hekken” (İsveç) - “Qarabağ” (Azərbaycan)

Baş hakim: Sebastian Qishamer (Avstriya).

Höteborq. “Ullevi” stadionu.

Xal durumu: “Bayer” (Almaniya) – 3, “Qarabağ” (Azərbaycan) – 3, “Molde” (Norveç) – 0, “Hekken” – 0.

Qeyd edək ki, bu qrupun digər oyununda Almaniya “Bayer”i Norveçdə “Molde” ilə üz-üzə gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM