satellite   Azerspace-1: 11135 H 30000

AVRO-2024: Azərbaycan – Avstriya oyununun biletləri oktyabrın 6-da satışa çıxarılacaq

AVRO-2024: Azərbaycan – Avstriya oyununun biletləri oktyabrın 6-da satışa çıxarılacaq

AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – Avstriya oyununun biletləri oktyabrın 6-da satışa çıxarılacaq.

Naxçıvan televiziyası AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiymətləri və satışa çıxarılacağı ünvanlar müəyyənləşib.

Azarkeşlər biletləri Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayının kassası, Köşk No1, Köşk No2, 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 3 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi, 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi və “iticket.az” satış məntəqələrindən əldə edə bilərlər.

Biletlərin qiyməti kateqoriyalar üzrə aşağıdakı kimidir:

Kateqoriya 1 - 15 manat

Kateqoriya 2 - 10 manat

Kateqoriya 3 - 5 manat

VİP E,F,G,H - 50 manat

VİP A, B - 50 manat

VİP 31-36 - 50 manat

VİP C2, D2 - 30 manat

VVİP C, D - 200 manat

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Avstriya oyunu saat 20:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM