satellite   Azerspace-1: 11135 H 30000

Avropa Liqası: "Qarabağ" İsveçdə "Hakken"ə qalib gəlib

Avropa Liqası: "Qarabağ" İsveçdə "Hakken"ə qalib gəlib

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Naxçıvan televiziyası-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda İsveçdə "Hakken"in qonağı olub.

“Ullevi” stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0. 70-ci dəqiqədə Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra topu qapıdan keçirib.

İlk turda Bakıda "Molde"ni 1:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi xallarının sayını 6-ya çatdırıb.

H qrupunun digər görüşündə Almaniyanın "Bayer 04" komandası Norveçdə "Molde"yə qalib gəlib - 2:0. Altı xala malik olan Leverkuzen klubu qolların nisbətində "Qarabağ"ı üstələyir və liderliyini davam etdirir. "Molde" və "Hakken"in isə xalı yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM