satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionatı: Azərbaycanın üç cüdoçusu bu gün iki çəkidə mübarizə aparacaq

Dünya çempionatı: Azərbaycanın üç cüdoçusu bu gün iki çəkidə mübarizə aparacaq

Azərbaycanın daha üç cüdoçusu Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclərin dünya çempionatında bu gün mübarizəyə başlayacaq.

Naxçıvan televiziyası-ın məlumatına görə, yarışın üçüncü günündə Ömər Rəcəbli 81 kq çəki dərəcəsində tatamiyə çıxacaq.

O, 1/32 finalda kiprli Odisseas Georqakisi sınağa çəkəcək.

İsmayıl Zamanov və Vüqar Talıbov isə 90 kq-da mübarizə aparacaqlar. Zamanov yarışa 1/32 finaldan, Talıbov isə 1/16 finaldan qoşulacaq. Onlar müvafiq olaraq Danni Voynikoviç (Avstraliya) və Rares Arsenie (Rumıniya) ilə qarşılaşacaqlar.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Vüsal Qələndərzadə (73 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal əldə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM