satellite   Azerspace-1: 11135 H 30000

“Beşiktaş”ın baş məşqçisi istefa verib

“Beşiktaş”ın baş məşqçisi istefa verib

Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş istefa verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, 71 yaşlı mütəxəssis UEFA Konfrans Liqasının qrup mərhələsində İsveçrə təmsilçisi “Luqano”ya İstanbuldakı 2:3 hesablı məğlubiyyətdən sonra bu qərara gəlib. O, klubun prezidenti Ahmet Nur Çebi ilə görüşərək, istəyini bildirib. Rəhbərlik isə bunu müsbət cavablandırıb.

Qeyd edək ki, Şenol Günəş 2022-ci ilin oktyabrında “Beşiktaş”ın “sükanı arxasına" keçmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM