satellite   Azerspace-1: 11135 H 30000

“Fənərbağça”nın rəqibində rəhbərlik və məşqçi heyəti istefa verib

“Fənərbağça”nın rəqibində rəhbərlik və məşqçi heyəti istefa verib

Türkiyənin “Fənərbağça” klubunun UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Bolqarıstan təmsilçisi “Ludoqorets”də rəhbərlik və məşqçi heyəti istefa verib.

Naxçıvan televiziyası xəbər verir ki, buna səbəb turnirin II turunda Danimarka klubu “Norşellann”a böyükhesablı məğlubiyyət olub.

Səfərdə 1:7 hesabı ilə uduzan Razqrad komandasında məsuliyyəti üzərinə götürən İdarə Heyəti və baş məşqçi İvaylo Petev vəzifəsindən ayrılıb. Klubun sahibləri Kiril Domusçiev ve Georgi Domusçiev tezliklə yeni İdarə Heyətini formalaşdıracaq və baş məşqçi təyin edəcək.

Qeyd edək ki, “Ludoqorets” qrupda növbəti oyununu oktyabrın 26-da Türkiyədə “Fənərbağça”ya qarşı keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM