satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan - Şimali İrlandiya matçının hakimləri bəlli olub

Azərbaycan - Şimali İrlandiya matçının hakimləri bəlli olub

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyununun hakimləri açıqlanıb.

Naxçıvan televiziyası AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Azersun Arena”da baş tutacaq qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Georgi Davidovun köməkçiləri Georgi Doynov və Miroslav Maksimov olacaq. Dördüncü hakim funksiyasını isə Kristiyan Kolev yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 12-də keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyunu saat 18:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM