satellite   Azerspace-1: 11135 H 30000

Eden Azar karyerasını başa vurub

Eden Azar karyerasını başa vurub

Belçika millisinin sabiq futbolçusu Eden Azar karyerasını başa vurub.

Naxçıvan televiziyası xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi instaqram hesabında paylaşım edib.

Qeyd edək ki, Eden Azar İngiltərənin "Çelsi" klubundakı çıxışı ilə yadda qalıb. 2019-cu ildə İspaniya "Real"ına keçən oyunçu burada möhkəmlənə bilməyib. Belçikalı yarımmüdafiəçi 2019-cu ildə London təmsilçisinin heyətində final matçı Bakı Olimpiya Stadionunda gerçəkləşmiş UEFA Avropa Liqasını qazanıb.

2013-cü ildə də "zadəganlar"la eyni titula sahib çıxan Azar iki dəfə İngiltərə Premyer Liqasının, Madrid klubu ilə iki dəfə La Liqanın və bir dəfə Çempionlar Liqasının qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM