satellite   Azerspace-1: 11135 H 30000

Dünya reytinqi: “Qarabağ” irəliləyib, “Sabah” və “Neftçi” geriləyiblər

Dünya reytinqi: “Qarabağ” irəliləyib, “Sabah” və “Neftçi” geriləyiblər

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Naxçıvan televiziyası qurumun rəsmi saytına istinadən xəbər verir ki, 414 komandanın yer aldığı siyahıya Azərbaycanın yenə 3 təmsilçisi düşüb.

Ötən ay 64-cü pillədə qərarlaşan “Qarabağ” yenə irəliləyişə nail olub. Ağdam təmsilçisi hesabındakı 144,5 xalla 61-ci yerə yüksəlib. Azərbaycan çempionunun qabaqladığı nəhənglər sırasında “Ayaks” (Niderland), “River Pleyt” (Argentina) “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya) və “Marsel” (Fransa) kimi klublar da var.

“Sabah” və “Neftçi”, əksinə, geriləyiblər. Birincilər “300-lüy”ü tərk ediblər. Murad Musayevin yetirmələri 286-cı yerdən 302-ci pilləyə düşüblər. Bakılılar 63,5 xala malikdirlər. Hesabında 61,75 xal olan “Neftçi” isə 311-ci yeri 318-ci pilləyə dəyişib.

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (304 xal) başçılıq edir. İspaniya klubu “Real” 291 xalla ikincidirsə, İtaliya “İnter”i (254) üçüncü yerə yüksəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM