satellite   Azerspace-1: 11135 H 30000

Avstriya yığmasının daha bir futbolçusu Azərbaycanla oyunu buraxacaq

Avstriya yığmasının daha bir futbolçusu Azərbaycanla oyunu buraxacaq

Avstriya yığmasının daha bir futbolçusu AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan millilərinə qarşı keçiriləcək oyunları buraxacaq.

Naxçıvan televiziyası-ın yerli mətbuata istinadən məlumatına görə, bu dəfə mərkəz müdafiəçisi Qernot Trauner sıradan çıxıb.

Niderlandın “Feyenoord” klubunun üzvü dizindəki zədə ucbatından yığmanın düşərgəsini tərk edib. Bununla baş məşqçi Ralf Ranqnikin xidmətindən məhrum olduğu oyunçuların sayı 6-ya yüksəlib. Traunerə qədər David Alaba, Stefan Poş, Marko Arnautoviç, Kərim Onisivo və Filipp Mvenenin də qarşıdakı matçlarda iştirak etməyəcəkləri dəqiqləşmişdi.

Qeyd edək ki, oktyabrın 13-də Belçikanı qəbul edəcək Avstriya yığması bundan 3 gün sonra Azərbaycan millisinin qonağı olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM