satellite   Azerspace-1: 11135 H 30000

“Qatar Open” turnirində iştirak edəcək Azərbaycan şahmatçıları bəlli olub

“Qatar Open” turnirində iştirak edəcək Azərbaycan şahmatçıları bəlli olub

Bu gün Dohada şahmat üzrə “Qatar Open” turnirinə start veriləcək.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, yarışda Azərbaycanı Vüqar Rəsulov, Əhməd Əhmədzadə, Read Səmədov, Gülnar Məmmədova və Xanım Balacayeva təmsil edəcək.

155 şahmatçının iştirak edəcəyi turnir İsveçrə sistemi üzrə keçiriləcək. 9 turdan ibarət yarışda Maqnus Karlsen (Norveç), Hikaru Nakamura (ABŞ) və Aniş Giri (Niderland) də mübarizə aparacaq.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 110 min ABŞ dolları təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM