satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın U-21 millisi bu gün növbəti oyununu keçirəcək

Azərbaycanın U-21 millisi bu gün növbəti oyununu keçirəcək

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Naxçıvan televiziyası-ın məlumatına görə, Samir Əliyevin baş məşqçi olduğu yığma Bakıda Şimali İrlandiyanı qəbul edəcək.

"Azərsun Arena"dakı qarşılaşma saat 18:00-da start götürəcək. Görüşün baş hakimi bolqarıstanlı Georgi Davidov olacaq.

F qrupundakı digər matçlarda Ukrayna Lüksemburqun, Serbiya İngiltərənin qonağı olacaq.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Serbiyaya 0:2 hesabı ilə uduzub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM