satellite   Azerspace-1: 11135 H 30000

“Trabzonspor” baş məşqçisi ilə müqaviləni pozub

“Trabzonspor” baş məşqçisi ilə müqaviləni pozub

Türkiyənin “Trabzonspor” komandası baş məşqçisi Nenad Byelitsa ilə yollarını ayırıb.

Naxçıvan televiziyası klubun rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Sözləşməyə vaxtından əvvəl xitam verildiyi üçün Qara dəniz təmsilçisi Byelitsaya təzminat ödəyəcək. Məbləğ ilin sonuna kimi baş məşqçinin hesabına köçürüləcək.

Qeyd edək ki, Nenad Byelitsanın “Trabzonspor”la 2025-ci ilin yayına kimi müqaviləsi var idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM