satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan şahmatçıları dünya birinciliyində iştirak edəcəklər

Azərbaycan şahmatçıları dünya birinciliyində iştirak edəcəklər

Oktyabrın 14-də Misirdə şahmat üzrə 8, 10 və 12 yaşlı oğlan və qızlar arasında dünya birinciliyinə start veriləcək.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, 80 ölkənin qatılacağı yarışda Azərbaycanı 12 şahmatçı təmsil edəcək.

Bunlar Xaqan Əhməd, Paşam Əlizadə, Səfa Hümmətov, Atilla Orman, Məhəmməd Kazımzadə, Müslim Şirəliyev, Səadət Bəşirli, Əsnad Vəliyeva, İnci Ələkbərli, Məryəm Abbaszadə, Əsnad Baxşızadə və Mehriban Əhmədlidir.

Azərbaycan nümayəndə heyətinə beynəlxalq qrosmeyster Fərid Abbasov rəhbərlik edəcək.

Qeyd edək ki, dünya birinciliyi oktyabrın 27-də başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM