satellite   Azerspace-1: 11135 H 30000

AVRO-2024: Azərbaycan millisi bu gün Estoniya ilə üz-üzə gələcək

AVRO-2024: Azərbaycan millisi bu gün Estoniya ilə üz-üzə gələcək

Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Naxçıvan televiziyası-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda səfərdə Estoniya ilə üz-üzə gələcək.

Tallində gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşün baş hakimi almaniyalı Robert Şröder olacaq.

F qrupunun digər matçında Avstriya Belçikanı qəbul edəcək. Bu oyun saat 22:45-də başlayacaq.

AVRO-2024, seçmə mərhələ

VI tur

20:00. Estoniya - Azərbaycan

Baş hakim: Robert Şröder.

Tallin. "Le Koq Arena".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM