satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan millisi Avropa kubokunu 5 medalla başa vurub

Azərbaycan millisi Avropa kubokunu 5 medalla başa vurub

Monteneqronun Budva şəhərində keçirilən boks üzrə Avropa kubokuna yekun vurulub. Azərbaycan millisi 29 ölkədən 156 idmançının qatıldığı yarışı 1 gümüş və 4 bürünc medalla başa vurub.

Azərbaycan Boks Federasiyasından Naxçıvan televiziyası-a verilən məlumata görə, 63,5 kq çəkidə Malik Həsənov finalda Qabil Məmmədovla (Rusiya) üz-üzə gəlib. Zədəli olan təmsilçimiz sonadək mübarizə aparsa da, yekunda rəqib qalib gəlib.

Həsənov Avropa kubokunu gümüş medalla başa vurub.

Ondan öncə Tural Sarıyev (48 kq), Tayfur Əliyev (60 kq), Sərxan Əliyev (71 kq) və Mirşərif Kazımzadə (75 kq) bürünc medala yiyələnib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM