satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan gimnastları Avropa çempionatı üçün Bolqarıstana yollanıblar

Azərbaycan gimnastları Avropa çempionatı üçün Bolqarıstana yollanıblar

Akrobatika gimnastikası üzrə Azərbaycan millisi Bolqarıstana yollanıb.

Azərbaycan Gimnastika Federasiyasından Naxçıvan televiziyası-a verilən məlumata görə, idmançılar Varna şəhərində keçiriləcək 31-ci Avropa çempionatında çıxış edəcəklər.

Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Fərmanova, Aynur Yusufova, Lalə Hüseynovadan ibarət qadın qrupu (böyüklər), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiridən ibarət qadın qrupu (gənclər), Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü turnirdə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, 31-ci Avropa çempionatı oktyabrın 18-22-si aralığında keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM