satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın U-19 millisi ikinci yoldaşlıq oyununda da məğlub olub

Azərbaycanın U-19 millisi ikinci yoldaşlıq oyununda da məğlub olub

Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

Naxçıvan televiziyası AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 daha əvvəl bu rəqibə 0:3 hesabı ilə yenilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM