satellite   Azerspace-1: 11135 H 30000

AVRO-2024: İngiltərə, Macarıstan və Danimarka bu gün final mərhələsinə vəsiqə qazana bilər

AVRO-2024: İngiltərə, Macarıstan və Danimarka bu gün final mərhələsinə vəsiqə qazana bilər

AVRO-2024-ün seçmə mərhələsində bu gün VIII tura yekun vurulacaq.

Naxçıvan televiziyası-ın məlumatına görə, son gündə üç qrupda oyunlar keçiriləcək.

C qrupunda İngiltərə, G qrupunda Macarıstan, H qrupunda isə Danimarka final mərhələsinə vəsiqə qazana bilərlər. İngiltərə və Macarıstan qələbə təqdirində buna nail olacaqlarsa, Danimarka qrupun digər görüşlərində də ona sərf edən nəticələrə ümid etməlidir.

Qeyd edək ki, indiyə qədər ev sahibi Almaniya ilə yanaşı, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə və Avstriya Avropa çempionatına vəsiqəni rəsmiləşdiriblər.

AVRO-2024, seçmə mərhələ
VIII tur
17 oktyabr

C qrupu
22:45. Malta – Ukrayna
22:45. İngiltərə - İtaliya
Xal durumu: İngiltərə - 13 (5 oyun), İtaliya – 10 (5), Ukrayna – 10 (6), Şimali Makedoniya – 7 (6), Malta – 0 (6)

G qrupu
22:45. Litva – Macarıstan
22:45. Serbiya – Monteneqro
Xal durumu: Macarıstan – 13 (5), Serbiya – 10 (6), Monteneqro – 8 (5), Litva - 5 (6), Bolqarıstan – 2 (6)

H qrupu
20:00. Finlandiya – Qazaxıstan
22:45. Şimali İrlandiya – Sloveniya
22:45. San Marino – Danimarka
Xal durumu: Sloveniya – 16 (7), Danimarka – 16 (7), Finlandiya – 12 (7), Qazaxıstan – 12 (7), Şimali İrlandiya – 6 (5), San Marino – 0 (7)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM