satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan şahmat millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan şahmat millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan şahmat millisinin Monteneqronun Budva şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Naxçıvan televiziyası Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komandalar arasında yarışa 5 kişi və 5 qadın şahmatçı yollanacaq.

Kişilərin qitə birinciliyində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov, Rauf Məmmədov və Vasif Durarbəyli mübarizə aparacaqlar. Qədir Hüseynov millinin kapitanı olacaq.

Qadın şahmatçılardan ibarət heyətə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova cəlb olunublar. Mixail Şereşevski ilə Yevgeni Tomaşevski kapitan qismində səfərə gedəcəklər.

Qeyd edək ki, Avropa çempionatı 10-21 noyabr tarixlərində keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM