satellite   Azerspace-1: 11135 H 30000

Premyer Liqa: “Zirə” 5 il 7 aydır “Kəpəz”ə məğlub olmur

Premyer Liqa: “Zirə” 5 il 7 aydır “Kəpəz”ə məğlub olmur

“Zirə” Azərbaycan Premyer Liqasının X turunda qarşılaşacağı “Kəpəz”ə ölkə çempionatlarında 5 il 7 aydır məğlub olmur.

Naxçıvan televiziyası-ın məlumatına görə, Gəncə təmsilçisi axırıncı dəfə 2017-ci ilin martında paytaxt təmsilçisi ilə dueldən 3 xalla ayrılıb.

Həmin vaxtdan bəri baş tutan 9 qarşılaşmanın 5-də qələbə qazanan “Zirə” digər 4 matçda heç-heçə ilə kifayətlənib.

Ümumiyyətlə, 2015-ci ildən başlayan rəqabətdə komandalar 17 dəfə üz-üzə gəliblər. “Kəpəz” bu qarşılaşmaların cəmi 3-də qələbə sevinci yaşayıb. Digər görüşlərin 7-də məğlub olan gəncəlilərin eyni sayda da bərabərliyi var. Bölgə komandasının 16 qolunun əvəzini paytaxt təmsilçisi 23 qolla çıxıb.

Qeyd edək ki, oktyabrın 21-də Tovuz şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Zirə” oyunu saat 15:00-da başlayacaq

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM