satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycan boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycan boksçusu Ümid Rüstəmov Serbiyanın Çaçak şəhərində keçirilən “Qızıl əlcək” beynəlxalq turnirində finala yüksəlib.

Naxçıvan televiziyası xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan idmançı yarımfinalda yerli rəqibi Stefan Kamoviçi məğlub edib - 3:0 (28:27, 29:26, 29:26). Ü.Rüstəmov finalda rusiyalı Nemət Səfərovla döyüşəcək.

Ruslan Rüstəmovla (63,5 kq) Kamran Şahsuvarlı (75 kq) isə “Qızıl əlcək” turnirini bürünc medalla başa vurublar. Onlar müvafiq olaraq, Sandan Sandanova (Rusiya) və Aleksandar Serifoviçə (Serbiya) məğlub olaraq, 3-cü yeri tutublar.

Qeyd edək ki, yarışa 15 ölkənin boksçuları qatılıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM