satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.

Naxçıvan televiziyası Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, II dövrənin Tovuzda keçirilən açılış matçında gerçəkləşib.

X turun “Turan Tovuz”la “Qarabağ” arasında oyununu 6000 tamaşaçı izləyib. Bu, 2023/2024 mövsümünün yeni rekordudur. Əvvəlki ən yüksək göstərici IX turun “Neftçi” – “Qarabağ” qarşılaşmasına (0:2) məxsus idi. Azərbaycan derbisində 5400 izləyici olub.

Qeyd edək ki, “Turan Tovuz” – “Qarabağ” görüşü 2:2 hesabı ilə başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM