satellite   Azerspace-1: 11135 H 30000

"Formula 1": Ferstappen 50-ci qələbəsini qazanıb, Hemilton və Lekler diskvalifikasiya olunub

"Formula 1": Ferstappen 50-ci qələbəsini qazanıb, Hemilton və Lekler diskvalifikasiya olunub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" pilotu Lyuis Hemilton və "Ferrari"dən Şarl Lekler ABŞ Qran-prisindən sonra diskvalifikasiya olunublar.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə yarışın rəsmi "X" hesabı məlumat yayıb.

Qurum hər iki sürücünün texniki qayda pozuntusuna görə kənarlaşdırıldığını bildirib.

"Red Bull"dan Maks Ferstappen ABŞ-dəki turnirin qalibi olmaqla Qran-prilərdə 50-ci qələbəsini qazanıb. Yekun sıralamada “McLaren”dən Lando Norris ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü olub.

Yarışı ikinci yerdə başa vuran Hemilton 6-cı sıradakı Leklerlə birlikdə sonuncu pilləyə düşüblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM