satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan atletləri Aysu və Əmrah uğurlu seriyanı davam etdirir - FOTOLAR

Naxçıvan atletləri Aysu və Əmrah uğurlu seriyanı davam etdirir<font color=red> - FOTOLAR</font> Naxçıvan atletləri Aysu və Əmrah uğurlu seriyanı davam etdirir<font color=red> - FOTOLAR</font> Naxçıvan atletləri Aysu və Əmrah uğurlu seriyanı davam etdirir<font color=red> - FOTOLAR</font>

Şəkidə kros qaçışı üzrə ölkə payız çempionatı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda  paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Şəki, Bərdə, İsmayıllı, Xızı, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz və Naftalandan 200-ə yaxın atlet iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə məşqçi Samil Hüseynov və 4 idmançımız yarışda iştirak etmək imkanı qazanıb. Təmsilçilərimizdən ikisi mükafatçılar sırasına düşüb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətind'n Naxçıvan televiziyası-a verilən məlumata görə, 4 km məsafədə yarışan Aysu Abbasova bütün rəqiblərini geridə qoyaraq çempionluq sevinci yaşayıb. Aysuya bu məsafəni qət etmək üçün 19 dəqiqə 9 saniyə yetərli olub. Əmrah Nağıyev isə 10 km məsafədə mübarizə aparıb. İdmançı finişə qədər 37 dəqiqə 32 saniyə vaxt sərf edib və nəticədə ikinci yerə sahib çıxıb.

Qeyd edək ki, adıçəkilən idmançılar il ərzində iştirak etdikləri bütün ölkə çempionatlarında mükakatçı olmağı bacarıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM